Bluetooth ilə dostunuzun telefonuna qoşulmaq
Dostlarınızın telefonuna naqilsiz qoşulmaq, şəkillər, musiqi və s. paylaşmaq üçün Bluetooth-dan
istifadə edin.
1. Başlama ekranında sola sürüşdürün və vurun Parametrlər > Bluetooth.
2. Hər iki telefonda Bluetooth-un yanılı olduğunu yoxlayın.
3. Telefonların bir-birini aşkarladığını yoxlayın.
4. Siz əhatə dairəsində olan Bluetooth telefonlarını görə bilərsiniz. Qoşulmaq istədiyiniz telefona
vurun.
5. Digər telefon parol tələb edirsə, onu yazın və ya parolu qəbul edin.
Paroldan yalnız cihaza ilk dəfə qoşulduqda istifadə edilir.