Nokia Lumia 520 - Təhlükəsizlik

background image

Təhlükəsizlik

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər.

QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN
Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində maneə və ya

təhlükə törədilə bilərsə, məsələn, təyyarədə, xəstəxanada və ya tibbi cihazların, yanacağın,

kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün. Məhdud ərazilərə dair bütün

təlimatlara əməl edin.

YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR
Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın.

Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.

MÜDAXİLƏ
Bütün simsiz cihazlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə

bilər.

KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdıra və ya təmir edə bilər.

BATAREYALAR, ADAPTERLƏR VƏ DİGƏR AKSESSUARLAR
Bu cihaz üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və digər

aksessuarlardan istifadə edin. IEC/EN 62684 ilə müvafiq olan və cihazınızın mikro-USB məlumat

portuna qoşula bilən üçüncü tərəflərə məxsus adapterlər bu cihazla uyğun gələ bilər. Uyğun olmayan

məhsulları qoşmayın.

CİHAZINIZI QURU SAXLAYIN
Cihazınız suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.
ŞÜŞƏ HİSSƏLƏR
Cihazın ekranı şüşədən hazırlanıb. Əgər cihaz sərt səthin üzərinə düşərsə və ya güclü təsirə

məruz qalarsa bu şüşə sına bilər. Əgər şüşə sınarsa, şüşə hissələrinə toxunmayın və ya sınmış

şüşəni cihazdan təmizləməyə cəhd etməyin. Şüşə ixtisaslı xidmət heyəti tərəfindən dəyişdirilənə

qədər cihazdan istifadə etməyin.

EŞİTMƏ QABİLİYYƏTİNİZİ QORUYUN
Eşitmə qabiliyyətinizin zədələnməsinin qarşısını almaq üçün uzun müddət yüksək səs səviyyəsi

ilə qulaq asmayın. Səsucaldandan istifadə etdikdə cihazı qulağınıza yaxın tutarkən ehtiyatlı

olun.

SAR
Bu cihaz normal istifadə zamanı qulağa qoyulduqda, həmçinin bədəndən ən azı 1,5 santimetr

(5/8 düym) məsafədə olduqda RF təsirinə dair təlimatlara cavab verir. Xüsusi maksimal SAR

qiymətlərini bu istifadəçi təlimatlarının Sertifikatlaşma Məlumatı (SAR) bölməsində tapa bilərsiniz.

Əlavə məlumat üçün www.sar-tick.com ünvanına daxil olun.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

5

background image

Üstünüzdə gəzdirmək üçün kəmər qısqacı və ya başqa formada cihaz saxlayıcısından istifadə

edirsinizsə, onların tərkibində metal olmamalı və bədəninizdən ən azı yuxarıda göstərilən məsafədə

uzaq olmalıdır. Nəzərə alın ki, mobil cihazlar hətta səs zəngi etmədikdə belə şüa ötürə bilər.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

6