Nokia Lumia 520 - İş telefonundan istifadə

background image

İş telefonundan istifadə

Telefonunuzda olan şirkət hesabı işinizi görməyə kömək edir.
Əgər sizin iş telefonunuz varsa, şirkətiniz telefonunuzda olan məlumatları daha təhlükəsiz saxlayan,

şirkətin daxili şəbəkəsindəki sənədlərə və məlumatlara giriş təmin edən və ya işinizi görməyə imkan

verən mərkəz və ya proqramların olduğu şirkət hesabı yarada bilər.
Şirkətinizə aid proqramlar varsa, şirkətin hesabını telefonunuza əlavə etdikdən sonra onları yükləyə

bilərsiniz. Hesabınızı quraşdırdıqdan sonra artıq proqramdan istifadə mümkün deyilsə, şirkətiniz onu

necə əldə etməyə dair məlumat verə bilər.
Şirkətinizin Mərkəzi ona dair bütün məlumatları, məsələn, xəbərləri, xərcləri, proqramları vahid yerdən

əldə etməyə və ya şirkətin mağazasına daxil olmağa imkan verir. Mərkəzi quraşdırmaq şirkətin

proqramını quraşdırmaq kimidir – şirkətin hesabını əlavə etdikdən sonra onu əlavə edə bilərsiniz.

Şirkətiniz daha sonra Mərkəz yaradarsa, onu quraşdırmaq üçün başqa bir üsul təklif olunacaq.
Şirkət hesablarının əksəriyyəti qaydalara tabedir. Şirkətin siyasəti məxfi və ya həssas məlumatları

qorumaq üçün şirkətin telefonunuza mühafizə vasitələri əlavə etməsinə imkan verir.
Şirkət hesabınızı quramaq üçün Parametrlər > Şirkətin proqramları vurun.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

97