Şəkil çəkmək
Dəqiq və canlı şəkillər çəkin – ən yaxşı anlarınızı şəkil albomunuzda saxlayın.
1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Böyütmək və ya kiçiltmək üçün iki barmağınızı ekranın üzərinə qoyun və onları bir-birinə
yaxınlaşdırın yaxud bir-birindən uzaqlaşdırın.
3. Fokusa almaq üçün kamera düyməsini yarısına qədər basıb saxlayın. Ağ düzbucaqlı titrəmədikdə
fokus kilidlənmiş olur.
4. Şəkil çəkmək üçün kamera düyməsini axıra qədər basın.
İşarə:Ani dərhal çəkmək istəyirsiniz? Telefon kilidli olduqda kameranı yandırmaq üçün bir-iki
saniyə kamera düyməsini basıb saxlayın.
İndicə çəkdiyiniz şəklə baxmaq üçün sağa sürüşdürün. Şəkillər Şəkillər mərkəzində Kamera
Şəkillərində saxlanır.
Kamera düyməsindən istifadə etmədən şəkil çəkmək
Lazım gələrsə, kamera parametrlərindən ekrana toxunaraq şəkil çəkməni aktivləşdirin. Başlama
ekranında sola sürüşdürün və Parametrlər vurun. Proqramlar seçiminə vurub Şəkillər+kamera >
Daxildə qurulmuş Kamera proqramından istifadə edərkən şəkil və videolar çəkmək üçün ekrana
vurun seçin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
64
Xüsusi bir obyekt və ya sahəni fokusa almaq üçün ekran obyekt və ya sahəyə vurun. Ağ kvadrat
sabitləşənə kimi telefonu sabit tutun.