Şəkilləri kompüterə köçürmək
Telefonunuzla şəkil çəkmisiniz və kompüterinizə köçürmək istəyirsiniz? Şəkilləri köçürmək və ya
sürüşdürmək üçün kompüterin fayl menecerindən istifadə edin.
Kompüteriniz Mac-dırsa, www.nokia.com-dan Mac üçün Nokia Şəkil Köçürmə proqramını quraşdırın.
1. Uyğun USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.
2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer və ya Finder-i açın və telefona baxın.
İşarə:Sizin telefonunuz portativ qurğuların altında Windows Phone kimi göstərilir. Sizin
telefonunuzun qovluqlarını görmək, telefonun adını iki dəfə klikləyin. Sənədlər, musiqi,
fotoşəkillər, rinqtonlar və videolar üçün ayrı qovluqlar var.
3. Şəkillər qovluğunu açın, şəkilləri seçin və kompüterə qoşun.
İşarə:Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone
proqramından istifadə edə bilərsiniz. Windows 7 ilə onu www.windowsphone.com ünvanından
yükləyə bilərsiniz.