Yaddaș kartını daxil etmək
Yaddaş kartını telefona necə daxil etməyi öyrənin.
Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan
yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan
məlumat pozula bilər.
Telefonunuz həcmi 64 GB-a qədər olan yaddaş kartlarını dəstəkləyir.
Telefonun sönülü olduğunu yoxlayın.
1. Telefonun yuxarı küncündə işarə barmağınızı ekranın çərçivəsi və arxa qapaq arasında dəliyə qoyun.
Arxa qapağın mərkəzindən basın və yuxarı qarmaqları boşaltmaq üçün əyin. Arxa qapağı çıxarın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
10
İti alətlərdən istifadə etməyin, onlar ekranı zədələyə bilər.
2. Əgər batareya telefondadırsa, onu qaldırın.
3. Yaddaş kartı yerində kilidlənə qədər onu yaddaş kartının oyuğuna salın.
4. Batareya kontaktlarını düzləndirin və batareyanı yerinə salın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
11
5. Arxa qapağın așağı küncünü telefonun așağı küncünə tərəf basın. Düymə olan kənar əvvəlcə daxil
edilir.
6. Qapağın arxası yerini tutana qədər onun üzərinə basın. Qapağı taxarkən düymələri basmayın.