Nokia Lumia 520 - SIM kartı daxil etmək

background image

SIM kartı daxil etmək

SİM kartınızı telefona necə daxil etməyi öyrənmək üçün oxuyun.

Mühüm: Bu cihaz yalnız mini-UICC SIM kart ilə (həmçinin mikro-SIM kart kimi də tanınır) istifadə

üçün nəzərdə tutulub. Mikro-SIM kart standart SIM kartdan kiçikdir. Uyğun olmayan SIM

kartlardan və ya SIM kart adapterlərindən istifadə karta və ya cihaza zərər vura bilər və kartda

saxlanmış məlumatları korlaya bilər.
Qeyd: Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri və hər hansı digər cihazı elektrik

enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə

verilən qapaqla saxlayın və istifadə edin.

Telefonun sönülü olduğunu yoxlayın.
1. Telefonun yuxarı küncündə işarə barmağınızı ekranın çərçivəsi və arxa qapaq arasında dəliyə qoyun.

Arxa qapağın mərkəzindən basın və yuxarı qarmaqları boşaltmaq üçün əyin. Qapağı çıxarın.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

8

background image

İti alətlərdən istifadə etməyin, onlar ekranı zədələyə bilər.
2. Əgər batareya telefondadırsa, onu qaldırın.

3. SIM kart yerinə tam daxil olana qədər onu SIM kart oyuğuna salın. Kontakt sahəsinin üzü aşağı

olmasını təmin edin.

4. Batareya kontaktlarını düzləndirin və batareyanı yerinə salın.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

9

background image

5. Arxa qapağın așağı küncünü telefonun așağı küncünə tərəf basın. Düymə olan kənar əvvəlcə daxil

edilir.

6. Qapağın arxası yerini tutana qədər onun üzərinə basın. Qapağı taxarkən düymələri basmayın.