Əlaqələri köçürmək
Ən yaxınlarınız və ən əzizləriniz bir addımlığınızda olsun. Əlaqələrinizi və mətn mesajlarınızı köhnə
telefonunuzdan asan köçürmək üçün Məlumatlarımı köçür proqramından istifadə edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
17
İşarə:Əgər cihazınız Windows Phone-nun əvvəlki modellərindəndirsə yaxud əlaqələrinizin
nüsxəsini artıq Windows Live-da çıxarmısınızsa, siz həmçinin hesabınızı telefonunuza əlavə edə
və əlaqələrinizi telefona birbaşa xidmətdən idxal edə bilərsiniz.
Köhnə telefonunuz Bluetooth-u dəstəkləməlidir. Köhnə telefonunuzda olan əlaqələr SIM kartda deyil,
telefonun yaddaşında saxlanmalıdır. Proqram bütün telefon modellərini dəstəkləməyə bilər.
1. Köhnə telefonunuzda Bluetooth-u yandırın.
2. Yeni telefonunuzun başlanğıc ekranında sola sürüşdürün və vurun: Məlumatlarımı köçür.
3. davam et vurun və Bluetooth-u yandırın.
4. Tapılmış cihazların siyahısından köhnə telefonunuzu seçin və hər iki telefonda göstərilən
göstərişlərə əməl edin.
Əgər əlaqələriniz yeni telefonunuzun dəstəkləmədiyi bir dildə yazılıblarsa, əlaqə məlumatı düzgün
göstərilməyə bilər.