Klaviatura söz təkliflərindən istifadə
Sürətlə və düzgün yazmanız üçün telefonunuz siz yazdıqca sözlər təklif edir. Söz təklifləri bir neçə
dildə mövcuddur.
Siz sözü yazmağa başladıqda, telefon mümkün sözləri təklif edir. İstədiyiniz söz təklif zolağında
göründükdə onu seçin. Digər təklifləri görmək üçün sola sürüşdürün.
İşarə:Təklif edilən söz qalın şriftlə yazılarsa, telefon avtomatik olaraq yazdığınız sözü əvəz
etmək üçün ondan istifadə edir. Söz səhvdirsə, ona vurun və siz orijinal sözü və bir neçə digər
təklifləri görə biləcəksiniz.
Sözü düzəltmək
Sözü səhv yazdığınızı müşahidə etsəniz, ona vurun və siz sözü düzəltmək üçün təklifləri görə
biləcəksiniz.
Lüğətə yeni söz əlavə etmək
İstədiyiniz söz lüğətdə yoxdursa, sözü yazın, ona vurun və təklif zolağında plyus (+) işarəsinə vurun.
Yeni sözləri bir neçə dəfə yazdıqdan sonra telefonunuz da onları öyrənir.
Söz təkliflərini söndürmək
Başlama ekranında sola sürüşdürün və vurun Parametrlər > Klaviatura. Dil klaviaturasına vurun və
Mətn təklif et qeyd xanasının qeydini silin.