Ekran klaviaturasından istifadə
Ekran klaviaturası ilə yazmaq asandır və əyləncəlidir. Siz klaviaturadan telefonu portret və ya albom
rejimində tutarkən istifadə edə bilərsiniz.
Mətn xanasına vurun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
35
1
Simvol düymələri
2
Shift düyməsi
3
Rəqəmlər və simvol düyməsi
4
Dil düyməsi
5
Emosiya işarəsi düyməsi
6
Boşluq düyməsi
7
Enter düyməsi
8
Geriyə boşluq düyməsi
Klaviaturanın düzümü müxtəlif proqramlarda və dillərdə fərqli ola bilər. Dil düyməsi yalnız birdən artıq
dil seçildiyi halda göstərilir. Nümunədə İngilis dili üzrə klaviatura göstərilir.
Böyük və kiçik hərflər arasında keçid
Shift düyməsinə vurun. Caps lock rejimini yandırmaq üçün düyməyə iki dəfə vurun. Normal rejimə geri
qayıtmaq üçün yenidən shift düyməsinə vurun.
Rəqəm və ya xüsusi simvolu yazmaq
Rəqəmlər və simvol düyməsinə vurun. Digər xüsusi simvollara baxmaq üçün shift düyməsinə yenidən
vurun. Bəzi xüsusi simvol düymələrində daha çox simvol olur. Digər simvollara baxmaq üçün simvol
və ya xüsusi simvola vurub saxlayın.
İşarə:Cümlənin sonuna nöqtə qoymaq və yeni cümləyə başlamaq üçün boşluq düyməsinə iki
dəfə vurun.
İşarə:Nömrə və ya xüsusi simvolu tez yazmaq üçün rəqəm və simvol düyməsini basıb saxlayarkən
əlinizi simvola doğru sürüşdürün və barmağınızı qaldırın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
36
Mətni köçürmək və ya əlavə etmək
Sözə vurun, köçürmək istədiyiniz hissəni seçmək üçün dairəni sözün ətrafında çəkin və vurun. Mətni
əlavə etmək üçün vurun.
Simvola vurğu əlavə etmək
Simvola vurub saxlayın və vurğulu simvolu seçin.
Simvolu silmək
Geri boşluq düyməsinə vurun.
Yazı dilləri arasında dəyişiklik etmək
Dil düyməsinə basıb saxlayın, istədiyiniz dili seçin. Dil düyməsi yalnız birdən artıq dil seçildiyi halda
göstərilir.
Kursoru hərəkət etdirmək
Kursoru görənə kimi mətnə vurub saxlayın. Barmağınızı qaldırmadan kursoru istədiyiniz yerə aparın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
37